Victory Tour always new adventures
Bizim iş saatlarımız:
Bazar Ertəsi-Cümə 09:00-18:00
Şənbə 10:00-16:00
+99412 4379090 +99450/55/70 2631234
Siğorta polislərin istifadə şərtləri

Bundan sonra mətndə «Qaydalar» adlanacaq «Səfər sığortası Qaydaları» Azərbaycan Respublikasının qanunları və digər normativ hüquqi aktları əsas götürülməklə işlənib hazırlanmışdır və səfər sığortası müqavilələrinin hər birinin ayrılmaz tərkib hissəsi hesab edilir.

Bölmə I

Azərbaycan Respublİkası sərhədlərİndən kənara çıxan vətəndaşların bədbəxt hadİsələr və qəfİl xəstəlİklər zamanı tİbbİ xərclərİnİn sığortası

Maddə 1. Sığorta sinfi

Bu Qaydalarla müəyyən olunan sığorta növü fərdi qəza və xəstəlik, həmçinin əmlakın yanğından və digər risklərdən sığorta siniflərinə aiddir.

Maddə 2. Sığorta predmeti

Bu Bölməyə əsasən sığorta predmeti Sığorta olunanların həyatı və sağlamlığıdır.

Maddə 3. Sığortanın subyektləri

3.1 Sığortaçı Sığortalı ilə Azərbaycan Respublikası sərhədlərindən kənara çıxan vətəndaşların bədbəxt hadisələr və qəfil xəstəliklər zamanı tibbi xərclərinin sığortası barədə müqavilə bağlayır.

3.2. Sığorta müqaviləsinə əsasən Sığortalılar hüquqi şəxslər və ya fəaliyyət qabiliyyətli fiziki şəxslər ola bilərlər.

3.3. Sığortalı üçüncü şəxslərin (Sığorta olunanların) xeyrinə sığorta müqaviləsi bağlaya bilər.

Müqavilə Sığortalı tərəfindən özünün xeyrinə bağlanarsa Sığorta olunanın bütün hüquq
və öhdəlikləri Sığortalıya şamil edilir.

3.4. Bu Qaydalara əsasən Sığorta olunan yalnız fiziki şəxs ola bilər.

Maddə 4. Sığortanın obyekti

Sığorta obyekti vətəndaşın xarici dövlət ərazisində olduğu müddətdə müqavilədə göstərilmiş tibbi yardım almaq, repatriasiyanın həyata keçirilməsi və nəqliyyat da daxil olmaqla digər xidmətlərə olan ehtiyacla bağlı əmlak mənafeyidir.

Maddə 5. Sığorta riskləri

Bu Bölməyə əsasən Sığortalının müvafiq haqqı ödəməsi şərti ilə Sığortaçı aşağıdakı risklərə qarşı sığorta təminatı verir, bir şərtlə ki, belə hallar Sığorta olunanın sığorta müddətində sığorta müqaviləsində göstərilmiş ölkə ərazisində olduğu zaman baş vermiş olsun:

5.1. Sığorta olunanın məruz qaldığı qəfil xəstəlik, yəni sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə gözlənilmədən yaranan və təxirəsalınmaz tibbi müdaxiləni tələb edən hal;

5.2. Sığorta olunanın məruz qaldığı bədbəxt hadisə, yəni gözlənilmədən baş vermiş, Sığorta olunanın zədələnməsinə (bədən xəsarətinə) və ya ölümünə səbəb olan hal;

5.3. Sığorta olunanın təsadüfi ölümü.

Maddə 6. Sığorta risklərindən istisnalar və (və ya) sığorta təminatında məhdudiyyətlər

6.1. Aşağıda göstərilmiş hallar sığorta riski sayılmır və sığorta təminatına daxil edilmir:

6.1.1. Sığorta olunanın alkoqollu, narkotik və toksik sərxoşluğu;

6.1.2. Sığorta olunanın özünə qəsd etməsi və ya buna cəhd göstərməsi;

6.1.3. Nüvə partlayışı, radioaktiv və ya digər şüalanmaların təsiri; təbii fəlakətlər və onların

nəticələri, epidemiyalar, karantinlər, meteoroloji şərait;

6.1.4. Sığorta olunanın və (və ya) maraqlı üçüncü şəxslərin sığorta hadisəsinin baş verməsinə yönəldilmiş qəsdən edilmiş hərəkətləri;

6.1.5. Sığortalı və ya Sığorta olunan tərəfindən törədilmiş sığorta hadisəsi ilə birbaşa səbəb-nəticə əlaqəsində olan hüquqazidd hərəkətlər;

6.1.6. Peşəkar pilot tərəfindən idarə olunan mülki aviasiya təyyarəsində sərnişin qismində

uçuşlar istisna olmaqla, Sığorta olunanın özü tərəfindən idarə edilən uçuş aparatında uçuş;

6.1.7. Sığorta olunanın mühərriksiz uçuş aparatlarında, mühərrikli planerlərdə, super yüngül

uçuş aparatlarında uçuşu və həmçinin paraşütlə tullanması;

6.1.8. hərbi əməliyyatlar və onların nəticələri, xalq iğtişaşları, tətil, üsyan, qiyam, kütləvi

həyəcanlar, terror aktları və onların nəticələri;

6.1.9. Sığorta olunanın hər cür silahlı qüvvələrdə və qruplaşmalarda qulluq etməsi;

6.1.10. Sığorta olunanın məşqlərdə və idman yarışlarında iştirakı ilə bağlı hər cür idman növü ilə

məşğul olması;

6.1.11. Sığorta olunanın təhlükəli fəaliyyət növləri ilə (o cümlədən peşəkar avtomobil nəqliyyatı

sürücüsü, dağ mədənçisi, inşaatçı, elektrik quraşdırıcısı qismində) məşğul olması;

6.1.12. Sığorta olunanın müalicə almaq məqsədilə həyata keçirilən səfəri;

6.2. Tərəflərin Sığorta müqaviləsində əks etdirilmiş əlavə razılığına əsasən 6.1.6-6.1.12 bəndlərdə göstərilən hadisələr Sığortaçı tərəfindən müəyyən edilmiş artırıcı əmsallar tətbiq olunmaqla sığorta riski kimi tanına bilər. Bununla bərabər Sığortaçı səfərin məqsədi olan müalicə xərclərini və həmçinin bu müalicə ilə əlaqədar Sığorta olunanın səhhətinin pisləşməsi və ölümü ilə bağlı xərcləri ödəmir.

Maddə 7. Tərəflərin hüquq və vəzifələri

7.1. Sığortalının hüquq və vəzifələri aşağıdakılardır:

7.1.1. Sığorta haqqını vaxtında ödəmək;

7.1.2. Sığorta predmetinə dair qüvvədə olan sığorta müqavilələri barədə Sığortaçıya məlumat vermək;

7.1.3. Sığorta hadisəsi baş verdikdə, bu barədə sığorta müqaviləsində müəyyən edilmiş müddətdə sığortaçını xəbərdar etmək;

7.1.4. Ziyanın qarşısının alınması və azaldılması üçün tədbirlər görmək;

7.1.5. Sığorta müqaviləsi bağlanarkən riskin qiymətləndirilməsi üçün əhəmiyyəti olan hallar və riskin sonradan dəyişilməsi barədə sığortaçıya məlumat vermək.

7.2. Sığortaçının hüquq və vəzifələri aşağıdakılardır:

7.2.1. Sığortalı tərəfindən verilən məlumatları və həmçinin Sığortalı və Sığorta olunan tərəfindən Sığorta müqaviləsinin şərtlərinə əməl edilməsini yoxlamaq;

7.2.2. Sığortalını bu Qaydalarla tanış etmək;

7.2.3. Sığortalı və onun əmlak vəziyyəti barədə məlumatı, o cümlədən kommersiya sirri olan məlumatı yaymamalıdır.

7.3. Sığorta müqaviləsində və qanunvericilikdə Sığortalının və Sığortaçının başqa hüquq və vəzifələri də nəzərdə tutula bilər.

Maddə 8. Sığorta ödənişinin həyata keçirilməsi qaydası və şərtləri

8.1. Sığorta hadisəsi baş verdikdə Sığortaçı və ya Servis mərkəzi (sığorta müqaviləsində göstərilən ixtisaslaşdırılmış təşkilat) tibbi yardım göstərilməsini təmin edir, müalicənin gedişatına nəzarət edir.

8.2. Bu Bölməyə əsasən Servis mərkəzi dedikdə sığorta müqaviləsində göstərilən və Sığortaçının tapşırığı ilə bu Qaydalarda nəzərdə tutulmuş xidmətləri gün ərzində həyata keçirən ixtisaslaşdırılmış təşkilat başa düşülür.

8.3. Bu Bölməyə əsasən Sığortaçı aşağıda göstərilən tədbirləri təşkil edən və həyata keçirən ixtisaslaşdırılmış təşkilatlara və ya müvafiq xərcləri təsdiq edən sənədlərin təqdim edilməsi şərti ilə birbaşa Sığortalıya aşağıdakı xərcləri ödəyir:

A. Tibbi xərclər, yəni;

8.3.1. Əməliyyatların, diaqnostik müayinələrin həyata keçirilməsi xərcləri, o cümlədən həkim
tərəfindən təyin edilmiş tibbi preparatlara, sarğı materiallarına və fiksasiya vasitələrinə
(gips, bandaj) çəkilmiş xərclər də daxil olmaqla stasionarda qalma və müalicə olunma
(standart tipli palatada) xərcləri;

8.3.2. Həkim xidmətləri, diaqnostik müayinələr, həkim tərəfindən təyin edilmiş tibbi

preparatlara, sarğı materiallarına və fiksasiya vasitələrinə (gips, bandaj) çəkilmiş xərclər də
daxil olmaqla ambulator müalicə xərcləri.

B. Tibbi daşınma xərcləri, yəni:

8.3.3. Hadisə yerindən ərazisində olduğu ölkənin ən yaxın məsafədə yerləşən tibb
müəssisəsinə və ya bilavasitə yaxınlıqda yerləşən həkimin yanına evakuasiya olunma («təcili
yardım» avtomobili və ya digər nəqliyyat vasitəsi ilə) xərcləri;

8.3.4. Müvəqqəti olduğu ölkədə tələb olunan tibbi yardım göstərilməsi üçün imkanın

olmaması şərti ilə, müşayiət edən şəxsə çəkilən xərclər (əgər bu cür müşayiət olunma həkim tərəfindən təyin olunubsa) daxil olmaqla Sığortalının xaricdə yaşadığı yerə və ya yaşadığı yerdən ən yaxın məsafədə yerləşən tibb müəssisəsinə təcili tibbi repatriasiya xərcləri. Təcili tibbi repatriasiya müstəsna hallarda onun zəruriliyi yerli müalicə edən həkim tərəfindən verilən sənədlər əsasında Sığortaçının hakiminin rəyi ilə təsdiq edildikdə və bunun üçün heç bir əks tibbi göstəriş olmadıqda həyata keçirilir. Təcili tibbi repatriasiya xərcləri sığorta müqaviləsində nəzərdə tutulmuş məbləğ çərçivəsində ödənilir.

8.3.5. Stasionarda qalma xərcləri müqavilədə müəyyən olunmuş sığorta hədlərini aşa

biləcək hallarda Sığorta olunanın xaricdə yaşadığı yerə və ya yaşadığı yerdən ən yaxın məsafədə
yerləşən tibb müəssisəsinə tibbi repatriasiya olunması xərcləri. Tibbi repatriasiya yalnız əks
tibbi göstərişin olmaması şərti ilə həyata keçirilə bilər. Tibbi repatriasiya xərcləri sığorta müqaviləsində nəzərdə tutulmuş məbləğ çərçivəsində ödənilir.

C. Daşınma xərcləri, yəni:

8.3.6. Əgər Sığorta olunanın stasionar müalicədə olması zərurətini yaradan sığorta hadisəsi
nəticəsində Sığorta olunan vaxtında, yəni Sığorta olunanın əlində olan gediş-gəliş sənədində göstərilən tarixdə qayıda bilmirsə, onun daimi yaşadığı yerə birbaşa «iqtisadi sinif»lə getmə xərcləri, birbaşa beynəlxalq əlaqəsi olan hava limanına getmə xərcləri. Sığorta olunan istifadə olunmamış gediş-gəliş sənədlərinin Sığortaçıya qaytarılması (təhvil verilməsi) və onların dəyərinin Sığortaçıya ödənilməsi üçün ondan asılı hər bir şeyi etməlidir. Bu şərt yerinə yetirilmədiyi halda Sığortaçının istifadə olunmamış gediş-gəliş sənədlərinin dəyərini Sığorta olunana ödənilən xərclərin məbləğindən çıxmaq hüququ vardır;

8.3.7. Əgər Sığorta olunanın məruz qaldığı sığorta hadisəsi nəticəsində onun xaricdə yanında olan

uşaqları nəzarətsiz qalarlarsa, uşaqların daimi yaşadıqları ölkəyə birbaşa «iqtisadi sinif»lə getmə xərcləri. Lazım olduqda Sığortaçı uşaqların müşayiət olunmasını təşkil edir və bunun xərclərini ödəyir;

8.3.8. Əgər təkbaşına səyahət edən Sığorta olunanın xəstəxanada qalma müddəti 10 gündən çox

çəkərsə, Sığorta olunanın bir qohumunun «iqtisadi sinif»lə gedib-gəlmə (daimi yaşadığı ölkədən getmə və geriyə qayıtma) xərcləri. Bununla belə qohumun xaricdə qalma xərcləri Sığortaçı tərəfindən ödənilmir.

Ç. Ölümdən sonrakı repatriasiya xərcləri, yəni:

8.3.9. Əgər ölüm sığorta hadisəsi nəticəsində baş veribsə, cəsədin Sığorta olunanın (ölümdən
sonra) daimi yaşadığı yerə, haqqında Servis mərkəzi tərəfindən sanksiya verilmiş
repatriasiya xərcləri. Ölümdən sonrakı repatriasiya xərcləri sığorta müqaviləsində nəzərdə tutulmuş məbləğ çərçivəsində ödənilir. Bununla belə Sığortaçı Sığorta olunanın daimi yaşadığı ölkənin ərazisində göstərilən mərasim xərclərini ödəmir.

D. Bu Qaydalarda nəzərdə tutulan yardımın təşkilinə dair Servis mərkəzinin

xərclərinin ödənilməsi

8.3.10. Sığorta olunanın daşınma üsulu tibbi göstərişlər nəzərə alınmaqla Sığortaçı (Servis mərkəzi) tərəfindən müəyyən edilir. Bununla belə Sığortaçı daşıyıcı tərəfindən hərəkət cədvəlinin pozulmasına görə məsuliyyət daşımır.

Maddə 9. Sığortaçı tərəfindən ödənilməyən xərclər

Sığortaçı aşağıdakı xərcləri ödəmir:

9.1. Tibbi yardımın kəskin ağrı və ya Sığorta olunanın həyatının xilas edilməsi ilə bağlı olduğu hallar istisna olmaqla, müalicəsi həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq sığorta müqaviləsi bağlanan tarixə qədər məlum olan xəstəliklərin müalicəsi ilə bağlı xərclər;

9.2. Sığortanın başlanmasından əvvəl Sığorta olunan tərəfindən alınan müalicə ilə bağlı,
həmçinin Sığorta olunanın səhhətinə görə səfər etməyə əks göstərişlər olduğu hallarda baş verən
Sığorta olunanın səhhətinin pisləşməsi və ya ölümü ilə bağlı yaranan xərclər;

9.3. Qıcolma vəziyyətlərinin, sinir və psixi xəstəliklərin aradan qaldırılması və müalicə

xərcləri;

9.4. Onkoloji xəstəliklərdən müalicə xərcləri;

9.5. Sığorta olunanın həyatının xilas edilməsi ilə bağlı olan vəziyyətlərdə həyata keçirilən

təxirəsalınmaz tədbirlər istisna olmaqla, xroniki xəstəliklərdən müalicə xərcləri;

Həyatın xilas edilməsi ilə bağlı hallarda keçirilən təxirəsalınmaz tədbirlərlərə görə xərclər sığorta məbləğinin 20%-i ilə məhdudlaşmalı, lakin 6 000 ABŞ dollarından/Avrodan (müqavilənin valyutasından asılı olaraq) artıq olmamalıdır.

9.6. Qəfil xəstəlik və ya bədbəxt hədisə ilə bağlı olmayan hallarda Sığorta olunanın aldığı tibbi

xidmətlərə çəkilən xərclər; profilaktik tədbirlərə və ümumi tibbi baxışlara çəkilən xərclər;

9.7. QİÇ yoluxmasından və həmçinin onun nəticəsi olan xəstəliklərdən müalicə xərcləri;

9.8. Tibbi yardımın həyati amillərlə bağlı olduğu hallar istisna olmaqla, hamiləlik

müddətində məsləhətlər və müayinələr, hamiləlik dövründən asılı olmayaraq hamiləliyin kəskinləşməsi ilə əlaqədar məsləhətlər, müayinələr və müalicə ilə bağlı xərclər və həmçinin doğuş və uşağa doğuşdan sonrakı qayğı xərcləri;

9.9. Əməliyyatın Sığorta olunanın həyatının xilas edilməsi ilə bağlı olduğu hallar istisna
olmaqla, abortlara çəkilən xərclər;

9.10. Əksər hallarda cinsi yolla yoluxan və həmçinin onların nəticəsi olan xəstəliklərdən

müalicə olunanlara xərcləri;

9.11. Plastik və bərpaedici cərrahiyyə və göz və diş protezləri də daxil olmaqla, hər növ

protez qoyma xərcləri;

9.12. Dişin və dişətrafı toxumaların kəskin iltihabı və həmçinin bədbəxt hadisə nəticəsində

diş zədələndikdə baxış, müalicə və tibb preparatlarına çəkilən xərclər istisna olmaqla,
stomatoloji yardım göstərilməsinə çəkilən xərclər;

9.13. Tibbi nöqteyi-nəzərdən zəruri olmayan xidmətlərin göstərilməsi və ya həkim

tərəfindən təyin edilməyən müalicə ilə əlaqədar xərclər;

9.14.Sığorta olunanın sığorta hadisəsi ilə əlaqədar müraciətinə əsasən aldığı həkim

göstərişlərinin yerinə yetirilməsindən könülü surətdə imtina etməsi nəticəsində ortaya çıxan
xərclər;

9.15. Qeyri-ənənəvi müalicə metodlarına çəkilən xərclər;

9.16. Sığorta olunanın qohumları tərəfindən müalicə və qulluq olunmasına dair xərclər;

9.17. Müvafiq lisenziyası olmayan tibb müəssisəsi və ya tibbi fəaliyyət həyata keçirmək

hüququ olmayan şəxs tərəfindən göstərilən xidmətlərlə əlaqədar xərclər;

9.18. Bərpaedici müalicə və fizioterapiya xərcləri;

9.19. İstirahət mərkəzlərində, sanatoriyalarda, pansionatlarda, istirahət evlərində və digər

bu kimi müəssisələrdə müalicə kursu almaqla əlaqədar xərclər;

9.20. Bədbəxt hədisə və ya qəfil xəstəliklə bağlı olmayan dezinfeksiya, profilaktik

vaksinasiya, həkim ekspertizası, laboratoriya və diaqnostika müayinələrinin keçirilməsi ilə əlaqədar xərclər;

9.21. Əlavə rahatlıq, yəni: «lüks» tipli palata, televizor, telefon, kondisioner, nəmləndirici,

bərbər, masajçı, kosmetoloq, tərcüməçi və sair xidmətlərin göstərilməsi ilə əlaqədar xərclər;

9.22. Sığorta olunan daimi yaşadığı ölkəyə qayıtdıqdan sonra çəkilən xərclər;

9.23. Müəyyən edilmiş sığorta məbləğini aşan xərclər;

9.24. Servis mərkəzi tərəfindən sanksiyası verilməmiş stasionar müalicə, tibbi daşınma,

ölümündən sonrakı repatriasiya xərcləri;

9.25. Əgər sığorta müqaviləsində şərtsiz azadolma məbləği nəzərdə tutulubsa o, hər sığorta hadisəsi

üzrə xərclər ödənildikdə tətbiq olunur.

Maddə 10. Sığorta məbləği, sığorta haqqı

10.1 Sığorta müqaviləsində tərəflərin razılığı ilə Sığortaçı tərəfindən ödənilən xərclərin hər bir növü (tibbi, daşınma, tibbi daşınma, ölümdən sonrakı repatriasiya xərcləri) üçün təyin edilən sığorta məbləği dedikdə Sığortaçının ödədiyi tibbi və tibbi daşınma xərclərinin və həmçinin daşınma və ölümdən sonrakı repatriasiya xərclərinin son həddi olan pul məbləği başa düşülür;

10.2. Sığorta haqqı sığorta müqaviləsinə müvafiq olaraq Sığortaçıya (onun brokerinə və ya agentinə) Sığortalı tərəfindən ödənilməli olan sığortalanma üçün ödəmədir;

10.3. Sığorta haqqı Sığortaçının tariflərinə müvafiq olaraq müəyyən edilir və onun məbləği sığorta müqaviləsində göstərilir. Əgər Sığortaçı yüksək təhlükə ilə bağlı, o cümlədən 6.1.6-6.1.12 bəndlərində göstərilən fəaliyyətlə məşğul olan və həmçinin 60 yaşı ötmüş şəxsləri sığortalamaq barədə qərar qəbul edərsə, sığorta haqqına artırıcı əmsallar tətbiq edilə bilər.

10.4. Sığortalı bütün sığorta müddəti üçün sığorta haqqını birdəfəlik ödəyir. Sığorta müqaviləsində sığorta haqqının nisyə ödənilməsi nəzərdə tutula bilər. Ödəniş köçürmə yolu və ya nağd qaydada həyata keçirilə bilər.

Maddə 11. Sığorta müqaviləsinin fəaliyyəti

11.1. Əgər sığorta müqaviləsində digər hallar nəzərdə tutulmayıbsa, sığorta müqaviləsi Sığorta olunanın Azərbaycan Respublikası sərhədlərindən kənarda olduğu bir ildən artıq olmayan müddətə bağlanır. Əgər sığorta müqaviləsində digər hal nəzərdə tutulmayıbsa, Sığorta olunanın çoxsaylı səfərləri nəzərdə tutulan, bir il müddətinə bağlanan sığorta müqaviləsində təminat hər səfərin birinci 90 gününü əhatə edir.

11.2. Sığorta olunanın daimi yaşayış yeri və (və ya) vətəndaşı olduğu ölkənin ərazisində sığorta müqaviləsi qüvvədə olmur. Vətəndaşın daimi və ya ən çox yaşadığı yer onun yaşayış yeri kimi tanınır.

11.3. Əgər sığorta müqaviləsində digər hallar nəzərdə tutulmayıbsa, sığorta təminatı sığorta şəhadətnaməsində (və eyniləşdirmə kartında) göstərilən sığortanın başlanma gününün 24.00 saatından, lakin yalnız Sığorta olunan ərazisini tərk etdiyi ölkənin sərhədini keçdikdən (pasportda sərhəd xidməti tərəfindən edilən qeyd) və sığortanın bütün müddətinə görə sığorta haqqının Sığortaçının hesabına daxil olduqdan sonra qüvvəyə minir.

11.4. Əgər sığorta müqaviləsinin qüvvəsinin bitməsi anınadək Sığorta olunanın sığorta hadisəsi nəticəsində qospitalizasiya edilməsi ilə əlaqədar olaraq onun xaricdən qayıtması mümkün deyilsə və bu müvafiq tibbi rəylə təsdiqlənirsə, Sığortaçı bu Qaydaların 8-ci bəndində nəzərdə tutulmuş və həmin sığorta hadisəsi ilə əlaqədar olan öhdəliklərini sığorta şəhadətnaməsində sığorta müqaviləsinin sona çatma tarixi kimi göstərilən tarixdən etibarən 4 (dörd) həftə ərzində yerinə yetirməkdə davam edir.

Maddə 12. Sığorta müqaviləsinin bağlanması, həmçinin ona əlavələr və dəyişikliklər edilməsi və xitam verilməsi qaydası

12.1. Sığorta müqaviləsi Sığortalının şifahi və ya yazılı formada ifadə olunmuş ərizəsi əsasında Sığortaçının Sığortalıya sığorta şəhadətnaməsinin verilməsi yolu ilə bağlanılır. Sığortalı Sığortaçıya aşağıdakı məlumatları verir:

12.1.1. Sığortalının (fiziki şəxs olduqda) və Sığorta olunanın adı, atasının adı, soyadı (pasportda olduğu kimi), doğum tarixi, ünvanı, telefonu;

12.1.2. Sığortalı hüquqi şəxs olduqda – onun adı, hüquqi ünvanı, telefonu, bank rekvizitləri,

Sığorta olunanların siyahısı;

12.1.3. xaricə səfərin başlanma və başa çatma tarixləri;

12.1.4. sığorta müqaviləsində nəzərdə tutulan təminatların ərazisinə şamil edildiyi ölkələr;

12.1.5. səfərin məqsədi;

12.1.6. əgər Sığorta olunan xaricə işləmək üçün gedirsə, onun sənəti və məşğul olmaq fikrində olduğu fəaliyyət növü;

12.1.7. Sığorta olunanın iştirak etmək fikrində olduğu idman növü və ya idman yarışı;

12.1.8. sığorta məbləği.

12.2. Sığorta müqaviləsi bağlanarkən Sığortalı Özünə məlum olan və sığorta riskini qiymətləndirmək üçün əhəmiyyət kəsb edən hallar barədə Sığortaçıya məlumat verməlidir.

12.3. Sığorta müqaviləsi qüvvədə olduğu müddətdə Sığortalı (Sığorta olunan) sığorta riskindəki özünə məlum olan dəyişikliklər barədə Sığortaçıya məlumat verməlidir.

12.4. Sığorta müqaviləsi Sığorta olunanın tibbi müayinəsi aparılmadan bağlanır. Sığortaçının tələbi ilə Sığortalı sorğu vərəqəsini doldurmalıdır.

12.5. Sığorta müqaviləsinin bağlanması faktı Sığortaçı tərəfindən Sığortalıya sığorta şəhadətnaməsinin verilməsi ilə təsdiqlənir. Zəruri olan hallarda eyniləşdirmə kartı verilir.

12.6. Sığorta müqaviləsi bağlanarkən Sığortalı sığorta hadisəsinə aid hissədə həkimləri Sığortaçı

qarşısında məxfilik öhdəliklərindən azad edir.

12.7. Tərəflərin qarşılıqlı razılığı ilə sığorta müqaviləsinə əlavələr və dəyişikliklər edilə bilər.

12..8. Sığorta müqaviləsinə aşağıdakı hallarda xitam verilir:

12.8.1. qüvvədə olma müddəti bitdikdə – sığortanın sığorta şəhadətnaməsində (və ya eyniləşdirmə kartında) göstərilən son gününün saat 24.00-da);

12.8.2. Sığorta olunan sığorta şəhadətnaməsində (eyniləşdirmə kartında) göstərilən sığortanın sona çatması tarixinin saat 24.00-dan gec olmamaq şərti ilə qayıtdıqda (pasportda dövlət sərhədinin keçilməsi barədə sərhəd xidməti tərəfindən edilmiş qeyd); 12.8.3. müvafiq hallarda müqavilə ilə nəzərdə tutulan öhdəliklərin Sığortaçı tərəfindən tam həcmdə yerinə yetirilməsi;

12.8.4. Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda.

12.9.4. Tərəflərdən birinin yazılı bildirişinə əsasən (həmçinin digər tərəfin sığorta müqaviləsinin şərtlərini yerinə yetirməməsi ilə əlaqədar) Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərinə uyğun qaydada baxilmalidır.

Haqqımızda:

Biz Facebook-da

Bizə qoşul

Name
Email *