Victory Tour always new adventures
Bizim iş saatlarımız:
Bazar Ertəsi-Cümə 09:00-18:00
Şənbə 10:00-16:00
+99412 4379090 +99450/55/70 2631234
Sərgilər

  7 – 11 Mart /  İTB Berlin 2018

unnamed

Almaniyanın Berlin şəhərində keçirilən “İTB Berlin 2018” beynəlxalq turizm sərgisində Azərbaycandan nümayəndə heyəti iştirak etmişdir. Victory Tour  “İTB Berlin 2018”sərgisində iştirak etmişdir.

Sərgidə Azərbaycanın turizm potensialını özündə əks etdirən 94 kv.m-lik stend hazırlanıb və sərgiyə gələn qonaqlara təqdim olunması üçün ingilis və alman dillərində müxtəlif reklam-çap məhsulları ilə təmin olunub.

 12 – 14 Mart / “MİTT 2018”   

ce7646a74c54cecf1c05442c71f02147_XL

Victory Tour “MİTT 2018”   sərgisində iştirak etmişdir.

2018-ci ildə Rusiya Federasiyasının Moskva şəhərində keçirilən “MİTT 2018” beynəlxalq turizm sərgisində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi iştirak etmşdir. Sərgidə Nazirliklə yanaşı Milli Turizm Təbliğat Bürosu, Şahdağ Turizm Kompleksi, Azərbaycan Hava Yolları, İçərişəhər DTMQ İdarəsi, “Bakı Şəhər Halqası”nın təşkilat komitəsinin nümayəndələri və 40-a yaxın yerli turizm şirkəti və mehmanxana təmsil olunmuşdur.

Bu sərgidə Azərbaycanın turizm potensialını özündə əks etdirən 90 kv.m-lik stend hazırlanmışdır və sərgiyə gələn qonaqlara təqdim olunması üçün ingilis və rus dillərində müxtəlif reklam-çap məhsulları ilə təmin olunmuşdur.

22.- 25 Aprel / ATM 2018

ATM 2018 – turizm və səyahətlərin “səyahətlərin Ərəb bazarı” 24-cü beynəlxalq sərgisi  Dubayda (BƏƏ) – DICEC-də — Dubai International Convention and Exhibition Centre-də keçiriləcək . Arabian Travel Market – Yaxın Şərqdə ən böyük turizm sərgisidir. 22000 kv.m-dən yuxarı sahədə, ATM sərgisində dünyanın 87 ölkəsindən 3000-dən çox eksponent , həmçinin Avropa, Yaxın Şərq, Şimali Afrika, Cənui və Mərkəzi Afrika, ABŞ və cənub-şərqi Asiya ölkələrindən 60-a yaxın milli turist təşkilatları iştirak edəcək. Bu sərgilərdə Azərbaycan, başqa şirkətlərlə yanaşı, Victory Tour turizm agentliyinidə təqdim edir.

Haqqımızda:

Biz Facebook-da

Bizə qoşul

Name
Email *