Victory Tour always new adventures
Bizim iş saatlarımız:
Bazar Ertəsi-Cümə 09:00-18:00
Şənbə 10:00-16:00
+99412 4379090 +99450/55/70 2631234

Фильтр

Направление Количество Дней Комбинированный тур Стоимость

Türkiyə

Türkiyə. Paytaxtı Ankara olan və Köhnə Dünya adlandırılan Avropa, Asiya və Afrika qitələrinin bir birinə ən çox yaxınlaşdığı nöqtədə yerləşən ölkədir. Ölkə torpaqlarının böyük hissəsi Anadolu yarımadasında, bir hissəsi isə Balkan yarımadasının çıxıntısı olan Trakiyada yerləşir. Ölkə üç tərəfdən Aralıq dənizi, Qara dəniz və onlar arasında yerləşən Mərmərə dənizi və Egey dənizi ilə əhatə olunur. Əhalisinin əksəriyyəti İslam dininə inanır.

Bosfor boğazının hər iki sahilində, Qızıl Buynuz buxtası və Mərmərə dənizinin şimal-şərq hissəsini əhatə edən İstanbul, nəinki Türkiyənin,Yaxın və Orta Şərqin, hətta dünyanın ən böyük və ən gözəl şəhərlərindən hesab olunur.Qızıl Buynuz buxtası şəhəri iki yerə bölür: qədim və yeni şəhər:İstanbulun Asiya və Avropa.

Şəhərin və eləcə də bütün Türkiyənin ən böyük bazarı olan Qapalı Çarşı bir neçə məhəllədə yerləşir.Bazarın içərisində olan irili-xırdalı dükanların sayı 4 minə yaxındır.Bu bazarda dükanlarla yanaşı kafelər, restoranlar, banklar da fəaliyyət göstərir.Türkiyənin ən böyük karvansarası da İstanbuldadır.

Şansınzı qaçırmayın! Bu tur Sizin üçün İstambulun və Egey sahilinin bütün gözəlliyini açacaq... Türkiyəni açıq səma altında muzey adlandırmaq olar: qədim sivilizasiyaların unikal mirasıyla tanış olmaq imkanın  qaçırtmayın! İstambul –Troya – Perqam – Efes– Pamukkale – Kappadokiya – Ankara - İstambul Turun proqramı: 1 GÜN:  İstanbula gəliş, hava limanında qarşılanma və mehmanxanaya transfer, asudə vaxt.Fakultativ: "Gecə Bosforu"  gəmidə axşam ekskursiyası (mehmanxanadan transfer və geriyə dönüş, şam yeməyi, şou - proqram) - əlavə ödənilir.Mehmanxanada gecələmə. 2…
Kappadokiya unikal təbii mənzərəyə və böyük mədəni mirasa malikdir. Tarixən burada bir neçə mədəniyyət inkişaf etmişdir. Ona görə də Kappadokiya – dünyada piyada səyyahlıq üçün ən möhtəşəm yollardan biridir. Kappadokiya günün vaxtına əsasən öz rəngini dəyişən “peri bacalarla” (tərcümədə pərilərin tüstü boruları), horizontda itən cığırlarla, güllərlə, təbiətiylə və tarixi yerlərilə heyran edir. Turistlər, qalalarda yonulmuş kəndlərdən və valehedici gözəllikdə olan mənzərələrdən heyran qalırlar. Səyahətçilər saatlarla qədimdə yaşayan adamların yerlərini və qala qalıqlarını gəzə bilərlər. Beləliklə,…
Egey dənizinin möhtəşəm sularının sahilində bir-birindən gözəl yerləri və saysız tarixi qalıqları ilə Sizə  möhtəşəm tətil keyfi təqdim edir. İqlim - əla, qiymət - çox münasib, məkan - şən, dəniz - ilıq, təmiz və gözəl. Qiymətə daxildir: - aviabilet - mehmanxanada gecələmə - " hər şey daxildir " sistemi üzrə qidalanma - transfer - sığorta
Uçuş paketə daxil edilmişdir! Marmaris yaşılın və mavinin bütün tonlarını ilin on iki ayında görə biləcəyiniz cənnət güşəsidir. Uzun sahil körfəzlərinin çoxluğu, təbii limanlar, antik şəhərlərə yaxınlığı, təbii gözəllikləri, mavi tur imkanları, müasir yaxt limanları, Körfəzin hər cür su idmanları ilə məşğul olmaq imkanını təmin etməsi, beş ulduzludan başlayaraq ən təvazökar pansionuna qədər bütün turistlərin ürəyincə tətillərini keçirə biləcəkləri cənnət bir qəsəbə. Qiymətə daxildir: – AVİABİLET – mehmanxanada gecələmə – ” hər şey daxildir” sistemi üzrə…
Egey dənizinin möhtəşəm sularının sahilində bir-birindən gözəl yerləri və saysız tarixi qalıqları ilə Sizə  möhtəşəm tətil keyfi təqdim edir. İqlim – əla, qiymət – çox münasib, məkan – şən, dəniz – ilıq, təmiz və gözəl. Qiymətə daxildir: – aviabilet – mehmanxanada gecələmə – ” hər şey daxildir ” sistemi üzrə qidalanma – transfer – sığorta

Digər Xidmətlər

Digər Yerler

Reviews

Richard, Germany / 21.08.2015

Review (more…)

Все отзывы »