Victory Tour always new adventures
Bizim iş saatlarımız:
Bazar Ertəsi-Cümə 09:00-18:00
Şənbə 10:00-16:00
+99412 4379090 +99450/55/70 2631234
Fransa üzrə eksklyuziv tur ” Klassik Fransa” – 587 EURO*-dan !
Günlərin sayı:
8 gün / 7 gecə
QİYMƏT:
587 EURO
Tarix:
18/10/2019 – 25/10/2019

Əgər Siz ənənəvi və monoton istirahətdən yorulmuş təcrübəli səyahətçilərsinizsə və yeni səfərdən təəssüratların maksimumunu almağı arzu edirsinizsə, onda Avropa üzrə uyğunlaşdırılmış turlar Sizin və yaxınlarlarınız üçün qiymətli tapıntıdır!

Əminliklə söyləyə bilərik ki, bu səyahət sizin üçün ən unudulmaz səyahətlərdən biri olacaq!

Əsrarəngiz mətbəx, valehedici təbiət, romantika, incəsənət və dəb.. Fransa bütün bunları özündə birləşdirən yeganə ölkədir.

Paris – (Versal) – (Normandiya) – Luara Qalası – Burj – Lion – Dijon – Kolmar – (Strasburq) -Şampan – Reyms

Turun proqramı ilə tanış olun:

1 gün

Paris hava limanına  gəliş. Bələdçi tərəfindən qarşılama. Şəhər üzrə xülasə ekskursiya. Fraqonar Ətriyyat fabrikinə baş çəkmə, mehmanxanaya transfer və yerləşmə.  Paris mehmanxanasında gecələmə.

2 gün

Mehmanxanada səhər yeməyi. Asudə vaxt. Arzu edənlər üçün Monmartr rayonu üzrə və Latın kvartalı üzrə ekskursiya təşkil edilir. Günün ikinci yarısında Versala ekskursiya təklif edilir. Paris mehmanxanasında gecələmə.

3 gün

Mehmanxanada səhər yeməyi. Parisdə asudə gün və ya Normandiyaya əlavə ekskursiya. Onfler şəhərində, şəhər mərkəzi üzrə gəzinti və məşhur sidor və kalvadosun dequstasiyası. Etreta. Axşam, arzu edənlər üçün Mulin Ruj, Lido və ya Paradi kabaresinə baş çəkmə. Paris mehmanxanasında gecələmə.

4 gün

Mehmanxanada səhər yeməyi. Luara vadisinə səfər. Şərab dequstasiyası. Burj – tarixi mərkəzi üzrə gəzinti. Burj mehmanxanasında gecələmə.

5 gün

Mehmanxanada səhər yeməyi. Liona gediş. Qoca Lion (15-17 əsr) üzrə xülasə ekskursiya. Asudə vaxt. Dijon şəhərinə gediş və ekskursiya. Mehmanxanada gecələmə.

6 gün

Mehmanxanada səhər yeməyi. Kolmara gediş. Şəhərdə asudə vaxt. Alzas regionunun mehmanxanasında yerləşmə. Strasburqa ekskursiya – heyran doğurucu gözəl və qədim şəhər. Şəhərin mərkəzi YUNESKO ümumdünya mirasının obyektidir. Mehmanxanaya qayıdış. Mehmanxanada gecə.

7 gün

Mehmanxanada səhər yeməyi. Reymsə gediş. Reyms – fransız şampan şərablarının və Şampan regionunun paytaxtıdır – iki minillik tarixə məxsus şəhər. Asudə vaxt. Əlavə ödəmə ilə Şampan şərabının bir neçə növünün dequstasuyası. Parisə gediş. Paris mehmanxanasında yerləşmə. Günün ikinci yarısında Luvra fakultativ ekskursiya. Mehmanxanada gecələmə.

8 gün

Mehmanxanada səhər yeməyi. Paris aeroportuna transfer.

Qiymətə daxildir:

– Nəqliyyat xidməti
– Rusdilli bələdçının xidmətləri bütün tur müddətində
– 3*** mehmanxanalarda gecələmə
– Səhər yeməkləri əsasında qidalanma
– Paris (2 saat) üzrə ekskursiya
– Lion (2 saat) üzrə ekskursiya
– Burj, Dijon, Reymsə gediş

Əlavə ödənilir:

– Sığorta
– Viza dəstəyi
– Aviabilet
– Viza yığımı
– Ekskursiyalar və əlavə ödənişlər:

Gecə Parisi – 30 EUR
Luvr(bələdçi + 17 EURO giriş biletləri)- 40 EUR
Versal ( giriş bileti 18 EUR) ekskursiya – 50 EUR
Luara qalalarına giriş biletləri – 11-13 EUR
Strasburq ekskursiyası – 50 EUR
Kolmar üzrə ekskursiya – 20 EUR
Normandiyaya ekskursiya – 70 EUR
Monmartr ekskursiyası – 35 EUR
Sena üzrə gəmiyə bilet – 13 EUR

Mütləq ödənilir:

– qulaqçıqlar ( 15 EURO)
– mehmanxanalarda vergi 1 – 3,5 EURO

QİYMƏT

587 EURO

ƏLAVƏ MƏLUMAT

*Qiymətlər 2 nəfərlik otaqda 1 nəfər üçün hesablanmışdır.
* Ödəniş kursa əsasən manatla qəbul edilir.
*Qiymətlər hal – hazırda mövcud yer və valyuta kursuna əsasən təklif edilib
*Siz həmçinin bu turu kreditlə əldə edə bilərsiniz!

Menecerlə Əlaqə saxlamaq

Ad Telefon E-mail Skype
Khayala Tagiyeva Mob/WhatsApp: (+99450) 2811157 Ofis: (+99412) 4379090 tour2@victorytour.az vt-tour2

Digər İstiqamətlər

İspan balladası! 8 gün / 7 gecə

Digər Xidmətlər