Victory Tour always new adventures
Bizim iş saatlarımız:
Bazar Ertəsi-Cümə 09:00-18:00
Şənbə 10:00-16:00
+99412 4379090 +99450/55/70 2631234
TUR: KLASSİK İTALİYA – 465 EURO*-dan!
Günlərin sayı:
8 gün / 7 gecə
QİYMƏT:
465 EURO
Tarix:
03.11.2019-10.11.2019

Dostlar, payız aylarında  İtaliyaya səyahət edin və bu möhtəşəm ölkədən həzz alın!

Marşrut: Roma-Florensiya – Piza-Siyena – Neapol-Pompey

Turun qiyməti bir nəfər üçün 3* mehmanxanada gecələmək şərti ilə – 465 EURO-dan

Turun qiyməti bir nəfər üçün 4* mehmanxanada gecələmək şərti ilə – 550 EURO-dan

Turun proqramı:

1 gün
Bazar günü

Roma hava limanına gəliş. Rusdilli qid tərəfindən qarşılanma, Romanın mərkəzində yerləşən mehmanxanaya transfer və yerləşmə. Asudə vaxt. Restoranda şam yeməyi. Arzu edənlər üçün bələdçi ilə “Gecə Roması” ekskursiyası . Mehmanxanada gecə.

2 gün
Bazar ertəsi

Mehmanxanada səhər yeməyi. Bələdçi ilə, Vatikanın muzeylərinə ekskursiya. Bələdçi ilə Roma üzrə təsviri ekskursiya. Asudə vaxt. Arzu edənlər üçün “Roma Qalaları” – və yaxud “Xristian Roması” ekskursiyası. Restoranda şam yeməyi və ya tipik teatr-restoranda şam yeməyi (əlavə ödəmə ilə). Mehmanxanada gecə.

3 gün
Çərşənbə axşamı

Mehmanxanada səhər yeməyi. Florensiyaya gediş və mehmanxanada yerləşmə.Florensiyada bələdçi ilə ekskursiya. Əlavə ödənişlə arzu edənlər üçün rusdilli bələdçi ilə Uffisi qalereyasına və ya Pitti sarayına ekskursiya, yaxud Piza və Lukkaya ekskursiya təklif edilir. Mehmanxanada gecələmə.

4 gün
Çərşənbə

Mehmanxanada səhər yeməyi. Asudə vaxt və ya rusdilli bələdçi ilə Siyenaya ekskursiya arzu edənlər üçün. Arzu edənlər üçün axşam əlavə ekskursiya “Gecə Florensiyası” . Mehmanxanada gecələmə.

5 gün
Cümə axşamı

Mehmanxanada səhər yeməyi. Roma şəhərinə transfer. Yolda şərab dequstasiyası üçün Kyantidə dayanacaq.
Romanın mərkəzində yerləşən mehmanxanada yerləşmə. Asudə vaxt. Mehmanxanada gecələmə.

6 gün
Cümə günü
Mehmanxanada səhər yeməyi. Şəhərdə asudə vaxt və ya əlavə ödənişlə arzu edənlər üçün rusdilli bələdçi ilə Borqeze Qalereyasına ekskursiya və ya “İmperator Roması” ekskursiyası təklif edilir. Axşam “Babbo’s” restoranında (əlavə ödəniş) şam etmək imkanı. Mehmanxanada gecələmə.

7 gün
Şənbə günü

Mehmanxanada səhər yeməyi. Şəhərdə azad gün və ya əlavə ödənişlə arzu edənlər üçün bütün gün ərzində Neapola və Pompeyə ekskursiya. Şam yeməyi. Mehmanxanada gecələmə.

8 gün
Bazar günü

Mehmanxanada səhər yeməyi. Roma hava limanına transfer. Turun sonu.

Qiymətə daxildir:

– Avtobusda transfer hava limanı- mehmanxana-hava limanı

– Avtobusda transfer Roma – Florensiya-Roma

– Şəhərlər mərkəzlərində 3* və ya 4* mehmanxanalarında gecələmə

YERLƏŞDİRMƏ: Roma (2+3 gecə), Florensiya (2 gecə)

– Kontinental səhər yeməkləri
– Lisenziyalı rusdilli bələdçilər
– Roma üzrə  3 saatlıq  xülasə ekskursiya
– Vatikanın Muzeylərinə 3 saatlıq ekskursiya
– Florensiya üzrə  2 saatlıq xülasə ekskursiya

Əlavə ödənilir:

– viza
– sığorta
– aviauçuş
– muzeylərə giriş biletləri
– əlavə ekskursiyalar
– şəhər vergisi

* texniki səbəblərdən marşrut və ekskursiyaların sırası  dəyişdirilmiş ola bilər
* texniki səbəblərdən əlavə ekskursiyalar ləğv edilmiş ola bilər
* sizin uçuşlarınızın qrup transferlərinin mövcud olmasını turu sifariş vermədən əvvəldən dəqiqləşdirin

QİYMƏT

465 EURO

OTEL

3* - 4* mehmanxanalar

ƏLAVƏ MƏLUMAT

*Qiymətlər 2 nəfərlik otaqda 1 nəfər üçün hesablanmışdır.
* Ödəniş məzənnəyə əsasən manatla qəbul edilir.
*Qiymətlər hal – hazırda mövcud yer və valyuta məzənnəsinə əsasən təklif edilib
* Siz həmçinin bu turu kreditlə ALBALI kart və BOLKART vasitəsi ilə əldə edə bilərsiniz!

Menecerlə Əlaqə saxlamaq

Ad Telefon E-mail Skype
Elvina Hemzeyeva (+99412) 4379090
(+99450) 2951107
avia@victorytour.az victory_avia

Digər İstiqamətlər


Digər Xidmətlər