Victory Tour always new adventures
Bizim iş saatlarımız:
Bazar Ertəsi-Cümə 09:00-18:00
Şənbə 10:00-16:00
+99412 4379090 +99450/55/70 2631234
ITALIYA üzrə qrand tur – 310 EURO-dan!
Günlərin sayı:
7 gün / 8 gecə
QİYMƏT:
310 EURO
Tarix:
27.08.2019 - 08.11.2019

Xoşbəxt olmaq üçün – daha çox səyahət edin!

MARŞRUT

HƏFTƏNİN HƏR:

(Çərşənbə axşamından başlayarsa )

Rim/ Florensiya/ Montekatini/ Piza/ Siyena/ Venesiya/ Rimini/ San Marino
__________________________
(Çərşənbədən başlayarsa )

Rim/ San Marino/ Rimini/ Venesiya/ Montekatini/ Florensiya/ Siena/ Piza/ Sanı Roma
__________________________
(Cümə axşamıdan başlayarsa)

Rim/ San Marino/ Venesiya/ Florensiya/ Siena/ Piza/ Roma
_________________________

Turun proqramı:

1 gün:

Romaya gəliş. Rusdilli nümayəndə tərəfindən qarşılanma, mehmanxanaya transfer və yerləşmə.
Şam yeməyi. Mehmanxanada gecələmə.

2 gün:

Mehmanxanada səhər yeməyi. Florensiyaya gediş. Yol üstü şərab və yerli məhsulların dequstasiyası üçün Kyantidə dayanacaq. Əlavə ödənişlə arzunuzla rusdilli bələdçi ilə Siyenaya ekskursiya təklif edilir.

Florensiyaya gəlib çatma. Bələdçi ilə şəhər üzrə təsviri ekskursiya. Ekskursiyanın sonunda Montekatini Termedə və yaxud Florensiyanın mərkəzində mehmanxanada yerləşmə. Şam yeməyi. Florensiya mehmanxanasında yaşayanlar üçün əlavə ekskursiya “Gecə Florensiyası” təşkil etmək mümkündür. Mehmanxanada gecələmə.

3 gün:
Mehmanxanada səhər yeməyi. Şəhərdə asudə vaxt və yaxud Pizaya ekskursiya ( istəyinizlə). Günün ikinci yarısında bələdçi ilə Uffisi qalereyasına və yaxud Pitti sarayına fakultativ ekskursiya. Bolonya rayonuna və ya Veneto regionuna gediş. Yol üzrə “Outlet Barberinoda” dayanacaq mümkündür. Mehmanxanada yerləşmə. Şam yeməyi. Mehmanxanada gecələmə.

4 gün:

Mehmanxanada səhər yeməyi. Bütün gün ərzində rusdilli bələdçi ilə Venesiyaya ekskursiya. Ekskursiyanın sonuna yaxın əlavə ödənişlə Dojlar sarayı, Laquna üzrə və yaxud qondolada gəzinti, vaxtınızı asudədə keçirə bilərsiniz. Bolonya və ya Rimini ərazisində yerləşən mehmanxanalarda yerləşmə. Şam yeməyi. Mehmanxanada gecələmə.

5 gün:

Mehmanxanada səhər yeməyi. Rusdilli bələdçi ilə San Marinoya səfər. Romaya gediş, mehmanxanada yerləşmə. Asudə vaxt. Şam yeməyi. Mehmanxanada gecələmə.

6 gün:

Mehmanxanada səhər yeməyi. Bələdçi ilə Roma üzrə təsviri ekskursiya. Asudə vaxt və ya əlavə ödənişlə arzu edənlər üçün ekskursiyalar təklif edilir: “İmperator Roması” və ya “Kolizey & Palatinski Təpəsi”. Əlavə ödənişlə arzu edənlər üçün axşam “Gecə Roması” ekskursiyası təklif edilir. Şam yeməyi. Mehmanxanada gecələmə.

7 gün:

Mehmanxanada səhər yeməyi. Bələdçi ilə Vatikanın muzeyləri üzrə ekskursiya. Şəhərdə asudə vaxt. Əlavə ödənişlə axşam restoran-teatrda şam yeməyi mümkündür. Mehmanxanada gecələmə.

8 gün:

Mehmanxanada səhər yeməyi. Roma hava limanına transfer. Turun sonu.
____________________

YERLƏŞDİRMƏ şəhərlərə uyğun aparılacaq

Tur göstərilən müddət ərzində keçərlidir:27.08.2019 – 08.11.2019

3* mehmanxana (səhər yeməkləri ilə) – 330 EURO-dann
3* mehmanxana (səhər+şam yeməkləri ilə) – 400 EURO-dan

Qiymətə daxildir:

– Nəqliyyat xidməti
– Rusdilli nümayəndə
– 3*** mehmanxanalarda yerləşmə ( səhər, yaxud səhər+şam yeməyi əsasında)
-rusdilli bələdçilər
– ekskursiyalar:
Venesiya üzrə ekskursiya
Florensiya üzrə ekskursiya
Roma üzrə üzrə ekskursiya
Vatikanın muzeylərinə ekskursiya
San Marinoya səfər nümayəndə ilə
– şərab və tipik məhsulların dequstasiyası

Əlavə ödənilir:

– Aviabilet
– Muzeylərə və kilsələrə giriş biletləri
– Bələdçi ilə əlavə ekskursiyalar
– kanallar üzrə gəzintilər
– teatr-restoranda şam yeməyi
– səyahətin bütün dövründə qulaqlıqlar
– Ztl** zonalarına gediş
– İçkilər və çaypulular
– Şəhər vergiləri

__________________________

texniki səbəblərdən marşrut və ekskursiyalarin sırasi dəyişdirilmiş ola bilər

Florensiyanın mərkəzində yerləşdirməni ödəmiş turistlər üçün sərgilər və konqreslər dövründə Montekatinidə 4* mehmanxanalarda yerləşmə mümkündür

texniki səbəblərdən əlavə ekskursiyalar ləğv edilmiş ola bilər

şəhərlər arasinda gedişlər qatar və yaxud avtobusla həyata keçirilə bilər

sizin uçuşlarınıza uyğun qrup transferlərinin mövcudluğunu əvvəlcədən dəqiqləşdirin

QİYMƏT

310 EURO

ƏLAVƏ MƏLUMAT

*Qiymətlər 2 nəfərlik otaqda 1 nəfər üçün hesablanmışdır. 
* Ödəniş məzənnəyə əsasən manatla qəbul edilir. 
*Qiymətlər hal – hazırda mövcud yer və valyuta məzənnəsinə əsasən təklif edilib 
* Siz həmçinin bu turu kreditlə ALBALI kart və BOLKART vasitəsi ilə əldə edə bilərsiniz!

Menecerlə Əlaqə saxlamaq

Ad Telefon E-mail Skype
Tatyana Romanova Mob/WhatsApp: (+99450) 2700064 Ofis:(+99412) 4379090 agent2@victorytour.az vttickets

Digər İstiqamətlər


Digər Xidmətlər