Victory Tour always new adventures
Bizim iş saatlarımız:
Bazar Ertəsi-Cümə 09:00-18:00
Şənbə 10:00-16:00
+99412 4379090 +99450/55/70 2631234
 İsveçrə ilə ilk görüş – payız turu!
Günlərin sayı:
5 gün / 4 gecə
QİYMƏT:
571 EURO
Tarix:
08.10.2019-12.10.2019 05.11.2019-09.11.2019

Qeyri-adi, nadir, fərqli mədəniyyət, fərqli dillər, müxtəlif adət-ənənələri olan ölkəni görmək üçün  ideal marşrut təqdim edirik.  İsveçrə haqqında az-çox dolğun təsəvvür əldə etmək üçün  biz sizə 6 günlük səyahət paketi təklif edirik. Bu gözəl, sakit, zəngin, qonaqpərvər diyarı görmək üçün tələsin. İsveçrə səyahəti yalniz varlı insanlara aiddir fikirlərindən kənara çixin  və sizə təqdim olunan imkandan istifadə edin.

Turun proqramı:

1 gün CENEVRƏ – BERN

Cenevrəyə gəliş. Cenevrəyə gəliş zamanı saat 10:00 – 14:00-a kimi qrup transferləri nəzərdə tutulmuşdur, başqa vaxtlar üçün əlavə ödəniş etmək lazımdır.

Transfer qatarda və ya avtobusla mehmanxanaya.
Yerləşdirmə və istirahət.
Axşam asudə vaxt.

2 gün  BERN – QRYUYER – MONTRE REGİONU

Mehmanxanada səhər yeməyi.
Bernin mərkəzinə gediş. Bern üzrə ekskursiya.
Qryuyerə gediş.
Sizin yerli milli yemək hesab edilən – fondyu dadmaq imkanı və təzə İsveçrə pendiri ala bilmək imkanınız olacaq.
Brok şokolad fabrikinə əlavə səfər.
Ekskursiyada siz həm şokoladın hazırlanmasına, həmdə dadına baxa bilərsiniz.

Mehmanxanada yerləşmə, asudə vaxt *

3 gün FRANSA – termal mənbələr
Kurortda istirahət. İstəyinizlə – Fransaya əlavə ekskursiya
Əlavə axşam ekskursiyası – Lavey-Les-Bainsə (Diqqət! mərkəz texniki səbəblərdən bağlı ola bilər), termal mənbələr sizə gərginlikdən azad olmağa kömək edə bilər.

İstəyinizlə – Fransaya əlavə ekskursiya – Ansi, İvuar və ya Ansi, Şamoni, Monblan.

4 gün MONTRE – LOZANNA – CENEVRƏ
Mehmanxanada səhər yeməyi. İsveçrə Rivyerası üzrə gəzinti. Şilon qalasına səfər ( qiymətə daxildir). Veveyə gediş.
Lozannaya səfər. Lozanna şəhərinin mənzərəli sahilində qısamüddətli dayanacaq. Cenevrədə şəhər üzrə xülasə ekskursiya.
Mehmanxanada yerləşmə. Yerləşdirmədən sonra, bələdçi mehmanxananın zalında 15 dəqiqə gözləyir. Asudə vaxt *

5 gün  CENEVRƏ
Cenevrədən uçan bütün turistlər üçün ödənişsiz transferlər. Uçuş.

___________________

Qiymətə daxildir:

– qrup transferi
– qidalanma səhər yeməkləri
–  mehmanxanalarında gecələmə

Əlavə ödənilir:

– sığorta
– aviauçuş
– viza
– əlavə xidmətlər, ekskursiyalar

QİYMƏT

571 EURO

ƏLAVƏ MƏLUMAT

*Qiymətlər 2 nəfərlik otaqda 1 nəfər üçün hesablanmışdır.
* Ödəniş məzənnəyə əsasən manatla qəbul edilir.
*Qiymətlər hal – hazırda mövcud yer və valyuta məzənnəsinə əsasən təklif edilib
* Siz həmçinin bu turu kreditlə ALBALI kart və BOLKART vasitəsi ilə əldə edə bilərsiniz!

Menecerlə Əlaqə saxlamaq

Ad Telefon E-mail Skype
Elvina Hemzeyeva (+99412) 4379090
(+99450) 2951107
avia@victorytour.az victory_avia

Digər İstiqamətlər

İspan balladası! 8 gün / 7 gecə

Digər Xidmətlər