Victory Tour always new adventures
Bizim iş saatlarımız:
Bazar Ertəsi-Cümə 09:00-18:00
Şənbə 10:00-16:00
+99412 4379090 +99450/55/70 2631234

Фильтр

Направление Количество Дней Комбинированный тур Стоимость

Gürcüstan

Azərbaycanın qonşusu olan Gürcüstan son vaxtlar dünyanın hər yerindən olan turistlər üçün ən sevimli yerlərdən birinə çevrilib. İmkan yaranan kimi, bakılılar da tozlu meqapolisin narahatlıqlarından uzaqlaşaraq bu kiçik dağlıq ölkədə istirahət etməyə can atırlar. Əgər siz bu vaxta kimi Gürcüstanda olmamısınızsa, onda tələsin!

Gürcüstanın şəhərləri: haranı seçməli

Tiflis – həm ölkənin paytaxtı, həm də onun turizm mərkəzidir. Bu seçim Gürcüstanda heç olmayanların, eləcə də, bizim eranın birinci minilliyində tikilmiş dörd məşhur məbədi sayəsində ölkənin başlıca turist Məkkəsi hesab edilən – Tiflis yaxınlığındakı Mtsxetanı ziyarət etmək arzusunda olanlar üçündür.

Batumi – yay mövsümündə istirahət üçün ən əlverişli seçimdir. Burada Gürcüstanın ən yaxşı çimərlikləri yerləşir, şəhərdə isə kurort ab-havası hökm sürür.

Kutaisi – Gürcüstanın ikinci paytaxtı hesab edilir. Bu, sakitliyi və əmin-amanlığı ilə seçilən, ilin istənilən fəslində istirahət etmək üçün şəhərdir.

Bakuriani – dağ-xizək kurortu kimi tanınmış şəhər tipli qəsəbədir. Qış fəslində ailəvi istirahət üçün yaxşı seçimdir.

Qudauri – qəsəbə olub, həmçinin ən uzun trasları ilə məşhur olan dağ-xizək kurortudur. Buraya yüksək səviyyədə təşkil edilmiş istirahəti qiymətləndirən bütün qış idmanı həvəskarları gedə bilərlər.

Mülayim iqlimi və müxtəlif çeşidli istirahət imkanları sayəsində Gürcüstanda turist mövsümü ilin bütün fəsillərində açıqdır.

Səyahət etməyi hamı sevir. Gəzmək, görmək, yeni yerlər kəşf etməyi kim istəməz ki? Hələ o səyahətə sevdiyin insanlarla birgə gedirsənsə, olur lap əla :-) Əziz dostlar sevgililər gününü sizi qonaqpərvər Gürcüstanda keçirməyə dəvət edirik! Bir neçə gün ərzində Siz qədim tarixi və bu ölkənin zəngin mədəniyyəti ilə tanış olacaqsınız, tarixi abidələrə baş çəkəcəksiniz, Tiflisin rahat küçələri ilə gəzəcəksiniz və, əlbəttə, ki nəfis gürcü mətbəxinin yeməklərini dadacaqsınız! Həmçinin əlverişli qiymətlərə şopinq edəcəksiniz! Turun qiymətinə daxildir: - Mehmanxanada…
"Novruz" bayramında səyahət üçün əla fürsət ! 5 UNUDULMAZ GÜN ƏRZİNDƏ! ___________________________________ Əziz dostlar bu çox gözəl bayramı sizi qonaqpərvər Gürcüstanda keçirməyə dəvət edirik! ⠀ Qiymətə daxildir: – Mehmanxanada gecələmə –Qidalanma – səhər yeməkləri –  Transfer fərdi Əlavə ödənilir: –   Gediş

Digər Xidmətlər

Digər Yerler

Reviews

Richard, Germany / 21.08.2015

Review (more…)

Все отзывы »