Victory Tour always new adventures
Bizim iş saatlarımız:
Bazar Ertəsi-Cümə 09:00-18:00
Şənbə 10:00-16:00
+99412 4379090 +99450/55/70 2631234
Almaatını bizimlə kəşf et!
Günlərin sayı:
7 gün / 6 gecə
QİYMƏT:
740 USD
Tarix:
15/06/2019 – 21/06/2019 22/06/2019 - 28/06/2019 06/07/2019 - 12/07/2019 13/07/2019 – 19/07/2019 20/07/2019 – 26/07/2019 27/07/2019 – 02/08/2019 10/08/2019 - 16/08/2019 17/08/2019 – 23/08/2019 24/08/2019 – 30/08/2019

Almatı – şəhər-bağdır.
Dağların və meşənin arasında öz tətillərinzi keçirin! Özünüz üçün  nağıl yaradın!

Turun proqramı:

GÜN 1:
Qazaxıstana Xoş gəlmisiniz!
Almatıya uçub gəlmə. Hava limanından mehmanxanaya transfer. Asudə vaxt. Mehmanxanada gecələmə. Qidalanma: daxil deyil

GÜN 2:
Mehmanxanada səhər yeməyi. 10:00-13:00 Medeo və Çimbulaka baş çəkməklə Almatı şəhəri üzrə xülasə ekskursiya
Siz Qazaxıstanın cənub paytaxtının tarixiylə tanış olacaqsınız və onun əsas görməli yerlərini görəcəksiniz.
13:00-14:00 yerli kafedə nahar
14:00-17:00 Kok-tobe dağı
Nahardan sonra siz almati “Monmart”-ına baş çəkəcəksiniz 🙂 – Kok-tobe dağı, şəhərin üzərindən ucalır və şəhərə ən gözəl panorama açılır.
Bu dağda müxtəlif qalereyalar, hədiyyə mağazaları, Beatles və teleqüllə abidəsi yerləşmişdir.
17.00 mehmanxanaya transfer.
Asudə vaxt. Mehmanxanada gecələmə.
Qidalanma: səhər yeməyi, nahar

GÜN 3:
Mehmanxanada səhər yeməyi. 10:00 – 13:00 Yaşıl bazarda şopinq. 13:00-14:00 yerli kafedə nahar.
14:00-17:00 Böyük Almatı göl + şahin şousu
Almatı dağlıq meqapolisinin xüsusiyyəti odur ki, gün ərzində siz  Böyük Almatı gölünə səfər edə bilərsiniz.
Mehmanxanaya transfer. Asudə vaxt. Mehmanxanada gecələmə. Qidalanma: səhər yeməyi, nahar

GÜN 4:
Mehmanxanada səhər yeməyi. 10.00-17.00 etno-kənd Qunnaya səfər
Sizi Almatı şəhərindən 35 kilometrdə yerləşən mənzərəli Qunna etnoauluna baş çəkməyə dəvət edirik. Siz köçəri xalqın həyat tərzini görmək, milli koloriti hiss etmək imkanı qazanacaqsınız, həmçinin qazaxların mədəniyyətilə daha yaxından tanış olmaq şansınız olacaq. Sizi hər bir köçəri üçün sakral mənası olan Qazax yurtası ilə tanış edəcəklər.
13.00-14.00 – Nahar (aş, salat, bauırsaki, çay)
Siz özünüzü əsl köçəri kimi hiss etməyə hazırsınızmı? Nahardan sonra seçiminiz və marağınıza uyğun əyləncəli master-klassda iştirak etmək imkanınız olacaq: milli yeməyin hazırlanması, oxatanlar yarışı, at oynatma və s.
15.00 -16.00 – aktiv gündən sonra istirahət (milli kostyumlarda fotosessiya, “Altıbakan” yelləncəklərində diyirlənmə, etno-kəndin ərazisində gəzinti).
17:00 şəhərə qayıdış
Asudə vaxt. Mehmanxanada gecələmə. Qidalanma: səhər yeməyi, nahar

GÜN 5:
Mehmanxanada səhər yeməyi.
09.00 – 20.00 Dünyanın ən böyük ikinci kanyonuna səfər:
Almatı şəhərindən şərqdə, Çarın çayı üzərində yerləşən Çarın kanyonu ilə qazaxlar çox fəxr edir və onun heç də məşhur Qrand-Kanyondan ( Kolorada kany.) geri qalmadığını qeyd edirlər. Bu təsadüfi dayil. Eyni adlı milli parkda yerləşən kanyon özünün gözəlliyi, möhtəşəmliyi ilə fərqlənən nəhəng təbiət abidəsidir. Uzunluğu 154 km, dərinliyi bəzi yerlərdə 150-300 m olan bu kanyon əsasən çayın eroziya fəaliyyəti ilə formalaşıb.
Mehmanxanaya transfer. Asudə vaxt. Mehmanxanada gecələmə. Qidalanma: səhər yeməyi, nahar

GÜN 6:
Mehmanxanada səhər yeməyi. Almatıda asudə gün. (nəqliyyat, bələdçi və qidalanma daxil deyil)
* Biz Sizə Mərkəzi Dövlət Muzeyinə baş çəkməyi məsləhət görürük, Ixlasa adına xalq musiqi alətlərinin Muzeyi, şəhərin ən böyük Mega Mall tıcarət mərkəzinə şopinqə getməyi tövsiyyə edirik. Qidalanma: səhər yeməyi.

GÜN 7:
Mehmanxanada səhər yeməyi. 12.00-da mehmanxanadan çıxış. Hava limanına transfer. Qidalanma – səhər yeməkləri.

Qiymətə daxildir:

– Proqram üzrə transferlər və nəqliyyat xidmətləri
– Mehmanxanada gecələmə
– Proqramda göstərilmiş qidalanma
– Rusdilli bələdçiylə proqram üzrə ekskursiyalar.
– Proqrama əsasən giriş ödənişləri və ekoloji yığımlar
– Ekskursiyalar zamanı su (2 butulka)

Əlavə ödənilir:

– Aviabilet
– Qidalanma, proqramda göstərilməmiş
– Şəxsi və başqa xərclər

QİYMƏT

740 USD

OTEL

Kazakhstan Hotel 3* - 740 USD-dan
Kazzhol Hotel 4* - 850 USD-dan

ƏLAVƏ MƏLUMAT

*Qiymətlər 2 nəfərlik otaqda 1 nəfər üçün hesablanmışdır.
* Ödəniş məzənnəyə əsasən manatla qəbul edilir.
*Qiymətlər hal – hazırda mövcud yer və valyuta məzənnəsinə əsasən təklif edilib
* Siz həmçinin bu turu kreditlə ALBALI kart və BOLKART vasitəsi ilə əldə edə bilərsiniz!

Menecerlə Əlaqə saxlamaq

Ad Telefon E-mail Skype
Khayala Tagiyeva Mob/WhatsApp: (+99450) 2811157 Ofis: (+99412) 4379090 tour2@victorytour.az vt-tour2

Digər İstiqamətlər


Digər Xidmətlər