Victory Tour always new adventures
Bizim iş saatlarımız:
Bazar Ertəsi-Cümə 09:00-18:00
Şənbə 10:00-16:00
+99412 4379090 +99450/55/70 2631234

Фильтр

Направление Количество Дней Комбинированный тур Стоимость

Azərbaycan

Без названия (1)

Biz Azərbaycan haqda nə bilirik?

Bilirik ki, burada çoxlu günəş, neft və meyvələr var. Faktiki olaraq, bu ölkədə kütləvi turizmin uğurlu inkişafı və onu iqtisadiyyatın ən qabaqcıl və gəlirli sahələrindən biri etmək üçün bütün lazımi şəraitlər vardır. Azərbaycanda hər şey vardır: dağlar və dəniz, qoruqlar və qədim abidələr. Azərbaycanın ərazisində yer kürəsində olan on bir iqlim növündən doqquzu mövcuddur. Təbiət landşaftlarının bu cür müxtəlifliyi heç də çox ölkədə müşahidə olunmur.
Azərbaycanda İstisu, Naftalan kimi kurortlar, eləcə də Xəzər dənizinin sahilində yerləşən məşhur istirahət zonaları vardır. Azərbaycanın ərazisində üç qoruq fəaliyyət göstərir: Qızılağac, Zaqatala və Türyançay qoruqları.
Azərbaycanın gözəl iqlim və müalicəvi su kurortları təbii sərvətlər içərisində xüsusi yer tutur. Azərbaycanda çoxsaylı mineral çeşmələr vardır – Badamlı, Sirab, Darıdağ, Turşsu, Qayaltı, Ərkivan, Slavyanka, Şıx, Suraxanı, Xaltan, Xaşı, Cimmi və s. ölkədə və onun kənarlarında layiqli olaraq çoxdan tanınmışdır, Naftalan neftinin nadir müalicəvi xüsusiyyətləri isə bütün dünyada məşhurdur. Orta əsrlərin Yaxın Şərq coğrafiyaçıları hesab edirdilər ki, cənnət Azərbaycanın ərazisində yerləşir.
İki Qafqaz sıra dağları – Böyük və Kiçik Qafqaz ilə Xəzər dənizi arasında yerləşən Azərbaycan planetin nadir guşəsidir. Burada kiçik ərazidə planetdə mövcud iqlim zonalardan tropiklərdən başqa demək olar ki, hamısı vardır. Demək olar ki, bir neçə saat ərzində səhradan yarımsəhra, çöllük, subtropiklər, qalın yarpaqlı ağac meşələri və alp çəmənlərindən keçərək dağların əbədi buzlaqlarına çatmaq olar. Təbii ki, flora ilə fauna da eyni dərəcədə müxtəlifdir.
Azərbaycan qədimdən “odlar ölkəsi” adlandırılır.
Buna səbəb səthə yaxın yerləşən neft və qaz yataqları idi. Torpaqdan qalxan bu alov məşəlləri qədimdə adamlara çox güclü təsir bağışlayırdı. Buraya XIX əsrin sonuna qədər Hindistandan atəşpərəstlər ziyarətə gəlirdilər. Onların məbədləri bu günə qədər Bakının yaxınlığında Abşeron yarımadasında qalmışdır. Buradan Bizans sirli “yunan alovu” üçün neft aparırdı. Bu gün də yeni müstəqil Azərbaycan dövləti bütün dünyada əsasən öz neft mədənlərinə görə məşhurdur. Lakin bu cavan ölkə zəngin və qədim tarixə malikdir.

Digər Xidmətlər

Digər Yerler

Reviews

Richard, Germany / 21.08.2015

Review (more…)

Все отзывы »