Victory Tour always new adventures
Bizim iş saatlarımız:
Bazar Ertəsi-Cümə 09:00-18:00
Şənbə 10:00-16:00
+99412 4379090 +99450/55/70 2631234
Azərbaycana Viza

Azerbaijan_Flag

“Victory Tour” şirkəti işgüzar və fərdi turizm sahəsində yerli və xarici şirkətlərin ehtiyaclarını ödəmək məqsədi ilə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən verilmiş № 040738 lisenziyasına əsasən fəaliyyətini həyata keçirir.

Azərbaycana giriş qaydaları:

MDB (Türkmənistandan başqa) ölkələri vətəndaşları üçün Azərbaycana viza tələb olunmur. Türkiyə və İsrail vətəndaşları Hava Limanında Azərbaycana vizanı əldə edə bilərlər. Başqa ölkələrin vətəndaşlarına, qabaqcadan viza almaq zəruridi. Viza alınmasının 2 variantı mövcuddur:

– Turistik elektron viza (E-visa) onlayn, səfirliyə baş çəkmədən tərtib olunur. Viza onlayn sistem vasitəsilə rəsmiləşir.

– Xaricdə yerləşən Azərbaycan Respublikasının Səfirliklər və Konsulluqları vasitəsilə. Səfirlik vasitəsilə vizanın alınması üçün əvvəlcə Azərbaycanın Xarici İşlər Nazirliyi vasitəsilə dəvət məktubunu rəsmiləşdirmək lazımdır. Təsdiqlənmiş dəvət məktubuna əsasən qonaq səfirliyə və ya Azərbaycan konsulluğuna müraciət edə və vizanı ala bilər.

Elektron viza (E-Visa)

“Victory Tour” E-Visa xidmətinin xarici turistlərə rəsmiləşdirilməsi üçün, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi tərəfindən akkreditasiya almışdır.

Turizm vizasının alınması proseduru indi sadələşdi. Vizanın alınması üçün, turist tərəfindən kifayətdir ki, bizə, elektron poçtla bütün lazımlı informasiyanı göndərsin, sonra isə bizim menecerlərimiz uyğun olan sorğuyla Azərbaycan Xarici İşlər Nazirliyinə müraciət edəcəklər. Bu prosedurun tətbiqiylə xaricdə yerləşən Azərbaycan Respublikasının Səfirliklər və Konsulluqları müraciət etmək ehtiyacı artıq yoxdur. Elektron vizanın təsdiq edilməsi 15 iş günü qədər tutur. Təsdiq edildikdən sonra viza elektron poçt vasitəsi ilə turistə göndərilir və Azərbaycana giriş üçün turist sadəcə bu sənədi çap edərək, onu sərhəddə göstərir. Bu viza 1 ay ərzində etibarlıdır və Azərbaycanın bütün sərhəd məntəqələrində təqdim oluna bilər. (Aeroport, D\Y, Dəniz vagzalı, Avtomobil).

Elektron vizanın alınması üçün aşağıda göstərilən sənədlər lazımdır:

1. Elektron viza üçün doldurulmuş və imzalanmış anket.
2. Yüksək ayırdetmə dəqiqliyi ilə rəqəmsal foto (ağ fonda baş və çiyinlə, JPEG format).
3. Pasportun və ya giriş sənədinin yüksək ayırdetmə dəqiqliyi rəngli kopyası. (Passport Azərbaycana giriş günündən minimum altı aya qədər etibarlı olmalıdır).
4. Viza rüsumunun ödənişinin təsdiq edilməsi.
5. Oteldən təsdiq edilmiş vauçer
6. Aviabilet və ya rezervasiyanın təsdiqi. Əgər Siz Azərbaycana gəliş-gedişi başqa üsullarla edirsinizsə, zəhmət olmasa səyahət vasitəsinin növünü bizə bildirin və nəqliyyat vasitəsinin tipini, avtomobilin nömrəsi və sərhədin kəsişmə nöqtəsini qöstərin.

Anketi çap hərfləriylə doldurun və sonda imzalamağı unutmayın. Əgər Sizdə əlavəyə aid olan hər hansı suallar yaranacaqsa bizə müraciət etməyə utanmayın. Formalar skanerdən çıxarılmış və ən çox 300 KB ölçü ilə JPEG formatında bizə göndərilmiş olmalıdır.

Bütün yuxarıda göstərilən sənədləri elektron poçtla (aşağıda əlaqələrə baxın) “Victory Tour”-un məsuliyyətli əməkdaşına göndərmək lazımdır. Bundan sonra vizalar üzrə menecerlər elektron vizanın rəsmiləşdirilməsi üzrə Xarici İşlər Nazirliyinin saytının xüsusi bölməsinə bütün informasiyanı daxil edəcəklər. Xarici İşlər Nazirliyi tərəfindən informasiyanın emalı vaxtı adətən 15 iş gününə qədər tutur. Elektron vizanı təsdiq etməsindən və hazir olmasından sonra, PDF formatında turistə elektron poçt vasitəsilə göndəriləcək.

Biznes-vizalar

“Victory Tour” şirkəti dünyanın bütün nöqtələrindən müraciət edən bir çox müştərilərimiz üçün Azərbaycana viza dəstəyinin bütün növ xidmətlərini təklif edir.
Bizim agentliyimizin korporativ bölməsi həmçinin Sizə uzunmüddətli viza dəstəyi və biznes-xidmətlərini təklif edir. Bizim agentliyimiz Xarici İşlər Nazirliyi tərəfindən təsdiq edilmiş dəvət məktubu təmin edə bilər.

İşgüzar vizalar növbəti bir neçə tiplərə bölünür:

1. Bir ay müddətinə bir dəfəlik vizalar
2. Üç ay müddətinə birdəfəlik və ikidəfəlik vizalar
3. Uzun müddətli çoxdəfəli illik 90 günə qədər qalma izni verən vizalar

Dəvət məktubunun hazırlanması üçün lazım olan sənədlər:

1. Pasportun surəti
2. Dəvət edən təşkilatın rəsmi məktubu
3. Xidmət haqqı

Səfirlikdə vizanın alınması üçün lazım olan sənədlər:

1. Ərizə forması
2. Dəvət məktubu (LOI) və ya turizm vauçeri
3. 3×4 ölçülü iki şəkil
4. Pasportun və ya yol sənədinin orijinalı (vizanın qüvvədə olma müddətinin bitməsindən ən azı 6 ay sonra aktiv olmalıdır)
5. Viza yığımı üçün ödəmə
6. Mehmanxanadan vauçer (Victory Tour tərəfindən təmin ola bilər)

Əhəmiyyətli qeydlər:

– Viza verilməsinə rədd cavabi verilən halda, rüsum qaytarılmır. Sənədlərin verilməsindən sonra dəyişikliklər etmək olmaz.
– E-Viza uzadıla bilməz; gəliş-gediş tarixləri dəyişdirilə bilməz
– Bütün sənədlər rəngli variantda (faylların formatı JPEG olmalıdır, və 1MB-ı ötməməlidir) skanerdən çıxarılmış olmalıdır.
– Victory Tour şirkəti Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən, vizanın vaxtlı vaxtında hazır olması üçün işləri yerinə yetirməmə və ya vizanın rədd edilməsi üçün məsuliyyət daşımır.
– Əmin olun ki, sizin pasportunuzda boş səhifələr var və pasportun etibarlı olmaq müddətinin bitmə tarixi ölkəyə gəlməyə qədər həqiqidir. Ölkələrin əksəriyyəti üçün pasportun etibarlı olmaq müddəti gəlməyə qədər ən azı 6 ay olmalıdır.
– Sizi məlumatlandırırıq ki, əgər siz əvvəllər Azərbaycanın işğal edilmiş ərazisinə baş çəkmisinizsə – Dağlıq Qarabağa və sizin pasportunuzda bu regiona giriş haqqında uyğun olan nişanlar varsa, Sizə sərhəddə Azərbaycana girişdə qadağa goyula bilər (hətta əgər sizdə artıq Azərbaycan vizasi varsa)
– Bütün lazımlı sənədləri və korrespondensiyanı visa@victorytour, sürətini (CC) isə travel@victorytour.az elektron poçtuna yönəltmək lazımdır.
– Birdəfəlik viza yalnız mehmanxananın sifariş verilmiş müddəti qədər çıxır. Elektron vizada qalmaq müddəti tarixlər üzrə dəqiq göstəriləcək, hansılar ki, mehmanxana vauçerində qeyd edilmişdir.
– E-visa yalnız viza sənədində göstərilən tarixə qədər həqiqidir. Əgər turist vizada göstərilmiş tarixdən artıq gün qalıbsa , buna yerli qanunvericiliyin pozulması kimi baxılacaq və 300-400 manat ($ 380 – $ 500) məbləğində cərimənin ödəməsinə gətirib çıxaracaq. Turist bu cəriməni ödəməkdən imtina edirsə yaxın 5 il ərzində Azərbaycana girişə qadağa qoyulacaq.
– Yola düşmə (gediş) zamanı anlaşılmazlıqlar olmasın deyə, əmin olun ki, sizin elektron viza blankınızın üzərində giriş haqqında ştamp qoyulmuşdu və özünüzlə bu sənədi gedişə qədər saxlayın.
– 1 aprel 2013-dən yeni qanuna əsasən Azərbaycanda 10 günnən çox qalan əcnəbilər , gəlmə anından on gün ərzində Azərbaycanın Dövlət Miqrasiya Xidmətində qeydiyyatdan keçməlidir. Doldurulmuş qeydiyyat formasını, pasportun surətini və vizanın surətini Dövlət Miqrasiya xidmətinə şəxsən, və ya elektron poçt vasitəsi ilə təqdim etmək lazımdır. Otellər bu prosedurda öz köməyini qonaqlarına göstərir, amma o turistlər ki, şəxsi mənzillərdə və ya mehmanxanalarda yaşayırlarsa, özləri qeydiyyatdan keçməlidirlə. Həmin əcnəbilər bu linkdən istifadə edib qeydiyyatdan keçmək olar:
http://e-reg.migration.gov.az:8080/DMXERegistrationApp/.
Hər bir turist özü qeydiyyat keçməsinin təminatı üçün məsuliyyət daşıyır. Qeydiyyat tamamilə pulsuzdur, amma qeydiyyatın yoxluğu 300-400 manat ölçüdə cəriməyə gətirib çıxara bilər.
– Əgər turist bilərəkdən yanlış və ya natamam informasiya verirsə, vizanın verilməsində rədd edilmiş ola bilər və ya nəticədə Azərbaycan Respublikasından deportasiya edilmiş ola bilər. Vizaya sifarişdə imza, bildirir ki, turist vizanın rəsmiləşdirilməsinin gedişatında yanlış və ya natamam informasiyanın verilməsinin hüquqi nəticələri haqqında məlumat almışdi.

Xidmət haqqı aşağıdakı vasitələrlə ödənilə bilər:

Biz ödənişi onlayn olaraq bütün əsas kredit kartlarıyla qəbul edirik. Bu linkdən istifadə edərək onlayn ödənişi edə bilərsiniz. Ödənişlər Victory Tour LLC-ə ünvanlanacaq.
Sizi məlumatlandırırıq ki, onlayn ödənişlər xidməti ödənişlidir və xidmət məbləğindən 3% -ni təşkil edir.

Növbəti hesaba bank köçürməsi ilə:

Siz köçürmə vasitəsilə ödəniş edə bilərsiniz. Zəhmət olmasa, əmin olun ki, siz ödənişin edilməsi vaxtı bütün bank xərclərini ödəyəcəksiniz. Bəzi hallarda vasitəçi banklar komissiya tutur, və ödənişin son məbləği bizim şirkətimizə kəsir ilə daxil olur.

Bank rekvizitləri:

Beneficiary: Victory Tour LLC,
Beneficiary TAX ID: 2000496791,
Beneficiary Address: AZ1065, Azerbaijan, Baku, 40 J Jabbarli
Bank Name: International Bank Of Azerbaijan, Sigorta Department #4
Bank Address: AZ1065, Baku, 40 J.Jabbarli str.
Bank TAX ID: 9900001881
Bank Code: 805993
Corr. Account: AZ03NABZ01350100000000002944
Account AZN: AZ38IBAZ40060019449093986216
Account USD: AZ28IBAZ40160018409093986216
Account EUR: AZ08IBAZ40160019789093986216
Account RUR: AZ45IBAZ40160018109093986216
SWIFT: IBAZAZ2X

Pul vəsaitələrinin köçürülməsi yolu ilə:

Ödəniş pul köçürmələrinin köməyi ilə edilə bilər,məsələn – Western Union , Money Gram və s.
Zəhmət olmasa ödənişinizi – Jeyhun Abbasov, Bakı, Azərbaycan – adına göndərin. Ödəniş keçiriləndən sonra, qəbzi qöndərin.

Nağd:
Siz ödənişi Azərbaycanda yerləşən bizim ofisimizə nağd şəkildə edə bilərsiniz.

Sifarişlər, suallar və ya təklifləriniz varsa, bizimlə növbəti əlaqələr üzrə bağlanmağa utanmayın:

13

Emil Səidov
Daxili turizm və mice departamentinin şöbə rəisi

15, Naxçivani, Jupiter Plaza
Bakı, Azərbaycan, AZ 1065
Tel: (+99412) 4379090, ext.213
Mob: (+99450) 2501158
Email:travel@victorytour.az
Skype: visa-victorytour

Haqqımızda:

Biz Facebook-da

Bizə qoşul

Name
Email *