Victory Tour always new adventures
Bizim iş saatlarımız:
Bazar Ertəsi-Cümə 09:00-18:00
Şənbə 10:00-16:00
+99412 4379090 +99450/55/70 2631234
Victory Tour şirkətinin təqdimatı və tarixi

Victory Tour Logotype TM

Victory Tour şirkəti 2005-ci ildə turizm sahəsində böyük təcrübəyə malik olan mütəxəssislər tərəfindən yaradılmışdır.

Bu gün, “Victory Tour” korporativ və fərdi müştərilərə yüksək keyfiyyətli xidmət təklif edən Azərbaycanın ən aparıicı və peşəkar səyahət agentliklərindən biri hesab edilir.

Şirkətin həm Azərbaycanda, həm də xaricdə aviaşirkətlər, səfirliklər, mehmanxanalar, sığorta şirkətləri kimi turizm biznesinə aidiyyatı olan sahələrdə partnyorlarla sıx əlaqələri vardır ki, bu da bizim sifarişçilərimizə xidmətlərin geniş çeşidini təklif etməyə imkan verir.

“Victory Tour”-un mərkəzi ofisi, beynəlxalq səviyyədə qəbul olunmuş standartlara uyğun olaraq fəaliyyət göstərir və Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA kod 61-320 475) tərəfindən akkreditə olunmuşdur. “Victory Tour”-un turizm xidmətlərini Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən verilən №040738 lisenziya əsasında fəaliyyət göstərir.

Şirkət “Azərbaycan Hava Yolları” Dövlət Konserni tərəfindən verilən US/ADS-0092 nömrəli uyğunluq sertifikatına sahibdir.

2011-ci ildə şirkət beynəlxalq menecment standartlarına uyğun olaraq sertifikatlaşndırılmışdır. Həmin il “Victory Tour” Bakı Turizm İnformasiya Mərkəzi və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycan Milli Turizm Mükafatı mərasimində “Xarici turizm üzrə ən yaxşı turoperator” adlını qazanmışdır.
Həmçinin “Victory Tour” Azərbaycan Turizm Assosiyasiyasının (AzTA) və Azərbaycan Konqreslər Bürosunun üzvüdür (AzCB).

Şirkət müştərilərinə dünyanın səyahət xidmətlərinin tam çeşidini təklif edir:

  • biletlərin sifarişi (həmçinin onlayn sifariş)
  • otel sifarişi,
  • transfer sifarişi,
  • turların təşkili (ekskursiya, terapevtik, balayı, qış turizmi, uşaqlar üçün yay düşərgələri, və s.),
  • xaricdə və ya Azərbaycanda qrup və fərdi turların təşkili,
  • viza xidmətləri,
  • korporativ tədbirlərin, konfransların təşkili, MICE – xidmətlər,
  • yük daşıinmaları,
  • çarter reyslərinin təşkili

Şirkətin baş ofisi müasir biznes mərkəzində yerləşir. Bu ofis çoxlu sayda korporativ və şəxsi müştərilərə xidmət göstərir.

Şirkətin işçi personalı və şöbələri

Şirkətimizdə peşakar işçilər çalışır, bu öz növbəsində müştərilərə daha yüksək servis gostərmək imkanı yaradır. İşçi seçimi bir çox peşəkar və mənəvi meyarlar əsasında qurulur, bu mütəşəkkil işçilərin vahid komandasının yaradılmasında mühüm rol oynayır. İşçilərin yüksək peşəkarlığı müştərilərə yüksək səviyyədə xidmət göstərilməsinə imkan yaradır. Şirkətdə beş şöbə fəaliyyət göstərir:

  • Aviabiletlərin bronlaşdırılması şöbəsi,
  • Xarici turizm şöbəsi,
  • Daxili turizm şöbəsi,
  • Viza-nəqliyyat şöbəsi,
  • Biznes səyahəti, MİCE şobəsi.

Aviabiletlərin bronlaşdırılması,verilməsi və korporativ xidmətlər

“Victory Tour” Azərbaycanda akkreditə olunmuş bütün yerli və xarici aviaşirkətlərin avia biletlərinin satışını təşkil edir.

Şirkətin aviabiletlərin bronlaşdırılması və verilməsi üzrə agentləri beynəlxalq bronlaşdırma sistemi kurslarını (Amadeus, Qabriel, Qalileo) keçmiş mütəxəssislərdir.

Victory Tour Azərbaycanda akkreditə olunmuş bütün yerli və xarici aviaşirkətlərin rəsmi agentidir. Victory Tour-un Azerbaijan Airlines, Lufthansa German Airlines, Austrian Airlines, Turkish Airlines, Özbəkistan Hava Yollari, Qatar Airways və digər yerli və xarici aviaşirkətlərlə birbaşa müqaviləsi var.

Korporativ müştərilər tərəfindən daxil olan sifarişlərin hazırlanması zamanı şirkətin başlıca məqsədi sifarişin qısa müddətdə yerinə yetirilməsi və müştərinin səfər büdcəsinə qənaət etməkdir. Təcrübəli əməkdaşlar və güzəştli tariflər (eksklüziv qiymətlər, partnyor proqramları, dənizci tarifləri və s.) şirkətin qarşısına qoyduğu məqsədlərə çatmağa və müştərilərin inamını doğrultmağa imkan verir.

Şirkətdə yalnız daimi müştərilərə xidmət göstərilməsi üçün korporativ şöbə yaradılmışdır. Korporativ müştərilər üçün şirkət həm korporativ güzəştlər, həm də bonus proqramlarını təqdim edir (bura pulsuz bilet, otellərdə pulsuz qalma və diqər qüzəştli xidmətlər daxildir)

Turizm xidmətləri

Turizm şöbəsinin bütün agentləri dünya üzrə otellərin bronlaşdırılması, VIP xidmətlər, avtomobil icarəsi, idman və digər kütləvi tədbirlərə biletlərin təşkil edilməsi üzrə ixtisaslaşmış mütəxəssislərdir.

Victory Tour otellərlə, turoperatorlarla birbaşa əlaqə qurur, bu da öz növbəsində müştəriyə maksimal dərəcədə turizm xidmətləri göstərməyə imkan verir.
Victory Tour onlayn sistemlərdən istifadə edərək dünya üzrə 50 000-dən artıq otellərdə otaq bron etməyə qadirdir. Bu sistem müştərinin qiymət, «ulduzların sayı», komfort, göstərilən xidmət, yerləşdiyi yer və s. tələblərini nəzərə almaqla praktik olaraq dünyanın istənilən nöqtəsində mehmanxana seçməyə imkan verir.

Daxili turizm şöbəsinin menecerləri müştərilərimizə Azərbaycan daxili müxtəlif növ turlar və çoxlu sayda hotellərdə yerləşmə təklif edirlər.

Biznes turizm, MICE

Müasir biznes ilk növbədə yüksək rəqabətə qalib gələcək və şirkəti uğura apara biləcək güclu işçi komandasıdır.
MICE – tərəfdaşlar və müştərilər, həmçinin şirkətin təqdimatı, onun dəyərləri, fəlsəfəsi, daxili və xarici müştərilər üçün imkanlarının inkişafı, motivasiya və təlimə yönəldilmiş fəaliyyətidir.

Victory Tour biznes səyahət xidmətlərinin tam dövrəsini: aviabilet, qatar biletləri, viza, sığorta, transfer, hotel rezervasiyası, Azərbaycanda və xaricdə korporativ tədbirləri həyata keçirir.

Korporativ tədbirlərin təşkil olunması hər bir şirkətin fəaliyyətində mühüm rol oynayır. Biz hər hansı bir tədbirin təşkili üçün, bütün ilkin işləri öz boynumuza götürürük: iştirakçıların tərkibinin təhlili, coğrafi ərazi, hotel və proqram seçemi, bir sıra alternativ variantlar və onların arasından seçib ən yaxşısını təklif edirik.

Viza/Nəqliyyat

Viza/Nəqliyyat şöbəsi müştərilərə aşağıdakı xidmətləri təklif edir:
– Azərbaycanda əcnəbilər üçün dəvətnamə məktublarının hazırlanması.
– Azərbaycan Respublikasına E-Visa (elektron viza). Victory Tour Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən akreditə olunmuş şirkətlərdən biridir və xarici turistlərə elektron viza xidmətini göstərmək hüququna malikdir.
– Azərbaycan ərazisindəki əcnəbilər üçün Qazaxstan vizalarının təcili təşkili.
– Əcnəbilərin Azərbaycanda Miqrasiya qeydiyyatından keçməsi.
– H.Əliyev adına hava limanı və digər ölkələrin hava limanlarında VİP-xidmətin göstərilməsi (110-a yaxın dünya hava limanlarının 150-ə yaxın VİP gözləmə otaqları). Victory Tour həmçinin Sizə və Sizin qonaqlarınıza qarşılama və yola salma xidmətlərini təqdim edir.
– Maşınların və avtobusların icarəsiı. Qrup və individual transferlər.

Şirkətin prinsip və məqsədləri

Victory Tour şirkətinin əsas missiyası –-professional bilik və bacarıqlarımızdan istifadə edərək müştərilərimizə lazımı xidmətləri təşkil etməkdir.
Şirkətin son 5 ilə qoyduğu məqsəd – davamlı inkişaf və Azərbaycanın ən yaxşı səyahət agentliklərindən biri statusunu qazanmaqdır.

Prinsiplər:
– düzgünlük və ədalət
– bizim güvvəmiz birliyimizdədir
– hər bir işdə profesionallıq

Məqsədlər:
– gündən-günə yaxşı olmaq
– müştərilərdən yalnız müsbət rəylər almaq
– şirkətin inkişafi və böyüməsinə nail olmaq

Bu prinsiplər əsasında, Victory Tour şirkəti, öz müştərilərinin hər birisi ilə əlaqələrini qurur.

 

 

Haqqımızda:

Biz Facebook-da

Bizə qoşul

Name
Email *